Lətifə 2 PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Lətifələr.
Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neçədir?
Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir.
Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neçə allah beşdir?
Tərəkəmə ərz elədi ki, allah sənin nazirüvə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu. Onunçün mən beş dedim. Xan, allah ondur.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 16 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5368082