Lətifə 3 PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Lətifələr.
Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, toyuğun harası yeməlidir və çox ləzzətlidir?
Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir.
Xan ona xələt verdi.
Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki, camış ətinin harası ləzzətlidir və yeməlidir?
Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisini ləzzətli dedi, xan ona xələt verdi, bu da təqlidən dedi ki, camış ətinin hər yerindən ləzzətli gönüdür.
Xan ona qəzab edib, məclisdən ixrac elədi.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 19 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299568