Dərviş və zərif PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir zərif bir dərvişin evinə qonaq gəldi. O dərviş damının üstünə çox nazik ağaclar döşəmişdi. Hər saatda ağaclar üstə olan torpağın gücündən səs eləyirdi. Zərif dedi ki, ey dərviş, məni bir özgə evə apar. Qorxuram ki, bu ev uça.
   Dərviş dedi ki, qorxma, bu səda ki dirəklərdən gəlir "külli şeyün səbbəhə bihəmdihi"1 mövcidi ilə allah-taalaya zikr eləyirlər.
   Zərif dedi ki, qorxuram ki, zikrdən sonra səcdə eləyələr.

 


1"Külli şeyün səbbəhə bihəmdihi" - Hər şey ona (allaha) zikr edir.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366945