Ərəb və naqə* PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir ərabinin on dəvəsi var idi. Birinə süvar olub doqquzun qabağına salıb gedirdi. Dəvələrin saydı gördü ki, doqquzdur. Amma süvar olduğunu saymadı. Dedi ki, bəs dəvənin birini itirmişəm. Aşağı düşüb, hər tərəfi axtardı. Bir əsər görməyib müraciət qıldı, gördü ki, dəvəsi ondur. Yenə süvar oldu. Bir qədər yol gedəndən sonra dəvələrini saydı, yenə gördü ki, doqquzdur. Yenə aşağı düşüb, hər tərəfi axtardı. Bir əsər mövcüd olmadı. Məavidət qıldı, gördü ki, dəvə yenə ondur. Dedi ki, bəs mən süvar olanda dəvənin biri nabud olur; yaxşı budur ki, piyada yol gedim, ta ki dəvə itməsin.

 


*Naqə - dəvə.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365922