Hekayət PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir gün bir xacə öz qulamı ilə səyahəti-bustanə getmişdi. Xacə bağdan bir xiyar dərdi, öz qulamına verdi. Qəzara haman xiyar nəhayət acıydı. Qulam o xiyarı şirin-şirin yedi. Xacə bir löqmə və xiyardan qulamın əlindən alıb öz ağzına qoydu. Gördü ki, zəhrihəlahildən bir nişanədir. Dedi ki, ey qulam, bu acılıqda xiyarı belə şirin-şirin nə üçün yeyirdin?
   Qulam ərz elədi ki, ey xacə, mən bəndə sənin mübarək olan əlindən çox şirin olan şərbətlər içmişəm. İnsafım rəva vermədi bir təlx olan xiyarı ki sənin əlindəndir, acıdır, deyib yerə atam.
   Xacə qulamın ədayi-şükr-nemətin görüb ol qulamı azad elədi.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 65 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366647