Tülkü və çaqqal PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Rubah bi şəğal ilə bir biyabanda gedirdilər. Qəzadan ittifaq bunların yolları qurdların qəbiristanına düşdü.
   Rubah şəğalə dedi ki, əl götür, ğafirül-xətiat dərgahına ki, bu mərhumlar üçün bir xeyir-dua eləyib, tələbi-məğfirət qılaq.
   Şəğal rubaha dedi ki, bu dirrəndələr ilə sənin nə aşinalığın var imiş?
   Rubah dedi ki, sənin səmi-humayunuva vasil olmayıbdır ki, bunlar bizim abavü əcdadımızın rəiyyət və zəhmətkeşləri olublar?
   Şəğal dedi ki, haşa və kəlla, mən bu mənaya vaqif deyiləm. Amma ziyadə arzu edirəm ki, kaş bu sibailərin biri zində və hazır olaydı, sən bu məquləni1 onun hüzurunda təqrir edəydin.

 
1Məqulə - ağlabatan, ağılkəsən.

 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 78 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366032