Yalançı peyğəmbər PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir şəxs mədyun olub xəbti-dimağ eləmişdi. Buna görə peyğəmbərlik iddiası elədi. Onu padşah ehzar edib ki, belə məsmu oldu ki, həqq-təala sənə nübüvvət əta qılıbdır.
   Dedi: - Bəli.
   Padşah dedi ki, peyğəmbərlər qeybdən xəbər verirlərdi, sən necəsən?
   Dedi ki, mən də qeybdən xəbər bilirəm.
   Padşah dedi ki, de görüm, bu halda mənim qəlbimdən nə xüutur eləyir?
   Dedi ki, ey padşah, bu halda sən fikr edirsən ki, guya mən yalançı peyğəmbərəm. Səhvinə istiğfar elə.
   Padşah xəndan oldu və onun təqsirindən keçib: ənam və xələt verdi.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 79 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366032