Bir nəlbəki kişmiş gətir araya Bahar Əhməd, Bahar Əhməd, xoş Əhməd. Yağış yağsa yığışarıq saraya Bahar Əhməd, Bahar Əhməd, xoş Əhməd.
Hər qapını cüt-cüt gəzək, təkbətək, Günüz, həftəz, ayız, iliz mübarək. Baxçamızdan nübar apar, nübar çək Bahar Əhməd, Bahar Əhməd, xoş Əhməd.
Bizim yerdə güllü bostan əkərlər, Əkib onu şəhərlərə tökərlər, Qız-gəlinlər dəstə-dəstə səkərlər, Bahar Əhməd, Bahar Əhməd, xoş Əhməd.
Bu ayda çox olur darçın, quluncan, Cavanlar seyr edər, gəzər doyuncan. Həlak düşdük qoz-fındığı yığıncan, Bahar Əhməd, Bahar Əhməd, xoş Əhməd.
Ay, qız, Bəsrə, tovus kimi səkərsən, Gələn ildən dəstəni sən çəkərsən, Novruz qabaq səməni də əkərsən, Bahar Əhməd, Bahar Əhməd, xoş Əhməd.
Əziz gündü, nə kəs-kəsə toxunsun, Gələn ilsə köynəklər al toxunsun. Bir ağızdan novruzlama oxunsun: Bahar Əhməd, Bahar Əhməd, xoş Əhməd. |