*** Xonçaya qoydum balığı, Al boyadım ortalığı, Gərdişə sal çalmalığı, Çünki gəlibdi Firuz. Xoş keçəcəkdi Novruz. *** Taxçaya qoydum çırağı, Rövşən eyləsin bucağı, İşıqlandırsın otağı, Çünki gəlibdi Firuz, Xoş keçəcəkdi Novruz. *** Üsküdü bu, çərşənbədi, Atəş yanır şövnəmdədi, Zərdüşt deyir kölgəmdədi, Çünki gəlibdi Firuz, Xoş keçəcəkdi Novruz. *** Taxçaya qoydum noxudu, Sanadım biri yox idi. “Zondanı”, “Həfti” oxudu, Çünki gəlibdi Firuz, Xoş keçəcəkdi Novruz. *** Süfrəyə qoy simuzəri, Əlavə eylə təbəri, Zonfovuş oxur “Ögər”i, Çünki gəlibdi Firuz, Xoş keçəcəkdi Novruz. *** Atəşə səp üzərliyi, Qarnıyarıq bəzərliyi, Süxt eləsin əyərliyi, Çünki gəlibdi Firuz, Xoş keçəcəkdi Novruz. |