Günəşi çağırmaq PDF Çap et Dosta göndər
Nəğmələr - Mövsum və mərasim nəğmələri.

***

Gün çıx, çıx, çıx,
Kəhər atı min çıx.
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.
Keçəl qızı qoy evdə
Saçlı qızı götür çıx.

 

***

Gün çıxdı su içməyə,
Qırmızı don biçməyə,
Gün gözünü yetirəcək
Qarı tez götürəcək
Keçəl qızı aparacaq
Saçlı qızı gətirəcək. 

 

***

Gün getdi dağ başına,
Örtüb duvağ başına.
Könlü şamama istəyən
Dolansın tağ başına. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 6 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5297532