*** Xıdır, xıdır, xıd gətir, Var dərədən od gətir. Mən xıdırın nəyiyəm, Bircə belə dayıyam, Ayağının nalıyam, Başının torbasıyam. Xıdıra Xıdır deyərlər, Xıdıra çıraq qoyarlar, Xıdır Nəbi, Xıdır İlyas, Bitdi çiçək, bitdi yaz. *** Mən Xıdırın quluyam, Boz atının çuluyam. Xıdır getdi hayınan, Bir qulunça dayınan. Dayı palçığa batdı, Xıdır yanında yatdı. Xıdır Nəbi, Xıdır İlyas, Bitdi çiçək, oldu yaz. *** Xanım, ayağa dursana, Yük dibinə varsana, Boşqabı doldursana, Xıdırı yola salsana. Qısa-qısa gələnin, Qısnacağı dar olsun. Basa-basa gələnin, Basmacağı var olsun. *** Çatma, çatma, çatmaya, Çatma yerə batmaya. Xıdır payın kəsənin Ayağı yerə çatmaya. |