Ey mərd ürəkli ordum! PDF Çap et Dosta göndər
Mahnılar

Sözləri Hikmət Ziyanın,
Musiqisi Emin Mahmudovundur.

Keşiyində durmusan
Bu elin, bu torpağın,
Günəşdən işıqlıdır
Al-qırmızı bayrağın.

Nəqərat:

Ey mərd ürəkli ordum,
Polad biləkli ordum!

Neçə alovu, odu,
Söndürmüsən hünərlə.
Hər an qoşa çəkilir
Sənin adın zəfərlə.

Nəqərat:

Ey xoş diləkli ordum,
Polad biləkli ordum!

Yayılır nəğmə kimi
Milyonların “sülh” sözü,
Qoruduqca sən bizim
Fərəhli ömrümüzü!

Nəqərat:

Ey xoş diləkli ordum,
Polad biləkli ordum. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365628