|
Mahnılar
|
Sözləri Xanımana Əlibəylinin, Musiqisi Hökümə Nəcəfovanındır. Mən onu səsləyərək Dağ boyu gəzirəm tək. Əks-səda danışır, Lap tutur məni gülmək. Çağırdım tez gəl bura, Dağlar boyanıb nura. O sevinib şad oldu, Çağırdı ura... u-ra... a... Hey dağları dolaşdım, Çoxlu təpələr aşdım. Mən onu axtararaq Bir qayaya yanaşdım. Çağırdım tez gəl bura. Dağlar boyanıb nura. O sevinib şad oldu. Çağırdı ura-ura... a... Dağ boyu xeyli müddət, Etdik onunla söhbət! Əks-səda mənimlə Aya uçacaq əlbət. Mən dedim əks-sədaya Sonra gedərik çaya, O isə cavabında Çağırdı aya-aya... a... a... |
|