Gənc idmançılar mahnısı PDF Çap et Dosta göndər
Mahnılar

  Sözləri Hikmət Ziyanın,
Musiqisi Musa Mirzəyevindir.

Polad kimi bədənimiz,
Gənc idmançı adımız var.
Qüvvətliyik, sağlamıq biz,
Sıramıza gəlin, dostlar!

Nəqərat:

Bizə yarış meydandır
Düzlər, çaylar, gen üfüqlar...
Hər oyunda, hər yürüşdə
Üzümüzə gülür zəfər.

Məşq edirik yorulmadan,
Bərkiyirik gündən-günə -
Yeni-yeni zəfərlərə
Çatmaq üçün sabah yenə.

Nəqərat.

Ucal, idman şərəfimiz
Yaxınlarda, uzaqlarda!
Qoy dolansın sorağımız
Hər obada, hər diyarda.

Nəqərat.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 118 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299258