Gözəl Vətən PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Teymur Elçinin,
Musiqisi Oqtay Zülfüqarovun.

Bizim vətən nəğməmiz
Uzaqlara yayılsın.
Səsimizdən hər tərəf
Yuxusundan ayılsın.

Nəqərat:

Gözəl vətən, can vətən,
Qoynu gülüstan vətən.
Gözəl vətən, can vətən,
Bizə mehriban vətən.

Yayda başı qar olar
Papağı şiş dağların.
Verər bizə çoxlu bar
Qoynu geniş bağların.

Nəqərat.

Sən xoşbəxt böyüdürsən
Bizi hər gün, hər saat.
Göylərə uçaq deyə,
Bizə verirsən qanad.

Nəqərat.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 18 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365778