İdmançılar mahnısı PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hüseyn Abbaszadənin,
Musuqisi Qənbər Hüseynlinindir.

Damarımızda
Qaynar qanımız.
Tuncdan, poladdan
Bərkdir canımız.

Nəqərat:

Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar.

İşdən yorulmaz
Biləklərimiz.
Sağlamdır, gəncdir
Ürəklərimiz.

Nəqərat:

Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar.

Yeni rekordlar
Gəlin vuraq biz,
Qoy şərəflənsin
Doğma ölkəmiz.

Nəqərat:

Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar.

Qanad açırıq
Suda, havada,
Şöhrətimiz var
Bütün dünyada.

Nəqərat:

Qolumuzda el gücü var,
Yenilməzdir idmançılar. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 4 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5297531