İynə PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Əlimə batma, aman!
Axı çox bərk incidir.
Mən heç nə tikməmişəm,
Bu işim birincidir.

Mən neçə yol kuklama
Papaq, corab tikərkən;
“Uşaqsan!” – deyə anam
Səni almış əlimdən.

Çox yalvarıb, anamdan
Səni güclə almışam.
Qızıl ulduz şəklini
Gərək tikəm bu axşam.

Atam baxıb söyləsin:
“Qızım iş görən qızdır!”
Anam baxanda desin:
“Bu nə gözəl ulduzdur!...”

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 121 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299276