Sarmaşıq PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Sarmaşığam, sarmaşığam,
Çəmənlərə mən aşiqəm.
Sarılıram budaqlara,
Bağçalara yaraşığam.

Çiçəklərim çəhrayı, ağ,
Məskənimdir hər bağça-bağ.
Yaz olanda dəstə-dəstə
Quşlar gəlir mənə qonaq.

Çəpərləri mən aşıram,
Eyvanlara dırmaşıram.
Gülşənlərə, çəmənlərə
Görün necə yaraşıram. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 19 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365662