Şaxta baba PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hikmət Ziyanın,
Musiqisi Oqtay Zülfüqarovundur.

Geydi ağ paltarını
Yenə el-oba.
Xoş gəldin, şaxta baba,
Mehriban baba.

Yandırdın yolkamızda
İşıqları sən.
Sevindirdin mehriban
Uşaqları sən.

Nəqərat:

Yolka, yolka,
Ey mehriban yolka,
Əziz yolka,
Can yolka.
Əziz çağların var,
Oyuncaqların var,
Dövrəndə nə çoxlu
Uşaqların var.

Mahnı deyir, oynayır,
Qaz, ördək, ayı.
Uşaqlar, ay uşaqlar,
Çalın, oynayın.

Ötər aylar, fəsillər
Təzə il gələr,
Gətirər özüylə o,
Təzə nəğmələr.

Nəqərat.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 3 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5297530