|
Mahnılar
|
Sözləri Hikmət Ziyanın, Musiqisi Oqtay Zülfüqarovundur. Günəşlə gülür üzün. Yaxşı bilirsən özün. – Çörəyin süfrəmizin Bəzəyidir, sünbülüm. Səni yetirən elin Əməyidir, sünbülüm. Üstündən ötsə külək Hey ləpələn dəniz tək... Biz sənə nəğmə deyək, Sən bizə de, sünbülüm. Hər gün dost tək görüşək Zəmirlərdə, sünbülüm. Səni biçər o ki, var, Kombaynlar, maşınlar. Anbarlara daşınar Qızıl buğdan, sünbülüm. Hündür olar tayların Uca dağdan, sünbülüm. Sərvətisən Vətənin, Çox hörmətli var sənin. Qoyarıqmı bir dənin Yerdə qala, sünbülüm? Yayılıb adın-sanın Hər mahala, sünbülüm. |
|