Sürücü PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Balaca sürücüyəm,
Maşınım yüklə dolu.
Çox sevirəm bu geniş
İşıqlı asfalt yolu.

Nəqərat:

Yol verin siz mənə,
Tələsirəm mədənə.

Uca-uca buruqlar
Salacaqdır neftçilər.
İşləri geri düşər
Bir az geciksəm əgər.

Nəqərat:

Yol verin siz mənə,
Tələsirəm mədənə.

Yol altında qara neft
Çıxdıqca səhər-axşam,
Təkcə neftçilər deyil,
Mən də çox şad oluram.

Nəqərat:

Yol verin siz mənə,
Tələsirəm mədənə.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 274 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5298680