- R - Çap et
Atalar sözü və məsəllər

***

Rahatlıq istəyən adam kar, kor gərək.

 

***

Rast gəlməyən işə peşiman olma.

 

***

Rahat durmayan, narahat olar.

 

***

Rahat oturana nə vali gələr, nə hakim.

 

***

Rəhmət düzənə, lənət pozana!

 

***

Rəmmaldır, peyğəmbərlik iddiası eləyir.

 

***

Rəndə görməyib.

 

***

Rəngimə bax, əhvalımı xəbər al!

 

***

Rəncbərin ümidi əkinədir.

 

***

Rişxənd etmə qonşuna gələr bir gün başına.

 

***

Rişxəndlik ağlın zəifliyindən doğar.

 

***

Ruzi yemək olsun, ocaqda olsun.

 

***

Ruzi həllacbazarda gəzir.

 

***

Ruzimiz düşüb kor Məliyin əlinə.

 

***

Ruzi ki, dedin, qazıya məlum.

 

***

Ruzinin gələn vaxtı köpəyi yuxu tutar.

 

***

Rüşvət cəhənnəmi işıqlandırır.

 

***

Rüşvət cəhənnəmin açarıdır.

 

***

Rüşvət haramdır.

 

***

Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.

 

***

Rüşvətxorun aqibəti yoxdur.