Qurd, Tülkü, Şir PDF Çap et Dosta göndər
Təmsillər

   Qurd, Tülkü, Şir birlikdə ov etmək qərarına gəlirlər. Onların işi yaxşı gətirir. Onlar Keçi, Maral, bir Dovşan ovlayırlar.

  

- Ovu sən böl, - deyə Şir Qurda müraciət edir. Ancaq insafla böl.
 - Yaxşı, - deyə Qurd razılaşır. - Mən belə məsləhət görürəm ki, Keçini sənə verək. Dovşanı Tülküyə, Maralı da özüm götürüm.
   Şir bunu eşitcək hirslənib Qurdu parçalayır.
   - İndi sən böl, - deyə Şir Tülküyə müraciət edir. Ancaq insafla böl.
   Tülkü deyir :
   - Baş üstə. Qoy Keçi səhər yeməyin olsun. Dovşan naharına, Maral isə şamına qalsın.
Şir deyir :
   - Bax, bu oldu düz. Sənə belə insafla bölməyi kim öyrədib?
   Tülkü deyir :
   - Ey mənim hökmdarım, mənə bunu sənin qabağında parçalanıb uzadılmış Qurd qardaşım öyrətmişdir.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 19 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365672