Eşşəklə Bülbül PDF Çap et Dosta göndər
Təmsillər
  

Bir Eşşək sübh tezdən Bülbül nəğməsi eşidir. Onun səsinə məftun olur. Eşşək Bülbüldən xəbər alır: - Dostum, mənə de görüm, sən hər səhər nə yeyirsən ki, səsin belə gözəl çıxır?
   Bülbül deyir:
   - Mənim səhər yeməyim şehdən, havadan ibarət olur.
Eşşək də Bülbül təki məlahətli səsə malik olmaq istəyir. Odur ki, hər cür qidadan imtina edir. Hər səhər cəhəngini aralayıb doyunca hava, şeh udur. Bir neçə gündən sonra oradaca gəbərir.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 222 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5298791