(Hüsnün gözəl ayətləri, ey sevgili canan!) PDF Çap et Dosta göndər
Şeirlər - Nizami Gəncəvi. Qazəllər.
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləm sənin şə’ninə şayan.

Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlim busəsidir aşiqə ehsan.

Sordum ki: “könül hardadır”, aldım bu cavabı:
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

Rəhm eylə deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

Insafın əgər varsa, açıq de, bu Nizami
Sənlə necə rəftar eləsin, ey məhi-taban?

Gəl söylə cavabın nə olar sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5297537