|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Satiralar.
|
Eylə bilirdim ki, dəxi sübh olub, Mürği-səhərtək bir ağız banladım. Səng şikəst eylədi balü pərim, Banlamağın hasilini anladım. Övci-fəzadə görərək bayquşu Səhndə qaqqıllayıram indi mən. Bir də məni vurma, aman, səngdil! Rəhm elə, nıqqıllayıram indi mən. Ay çalağanlar, məni qorxuzmayın, Mən sizə tərk eyləmişəm lanəni! Seyr eləyiz, övci-həvada uçuz, Mən də gəzim səhnəçeyi-xanəni. Ağlamayın, ağlamayın, cücələr, Banlamaram, banlamaram bir daha! Banlamamaqdır sizə əhdim mənim, Söyləmirəm: anlamaram bir daha!.. |
|