Tömeyi-nəhar PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!
Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!

Hinində daldalanma çoc, həyətdə də dolanma çox,
Yiyəndəki bıçağə bax, o tiqi-abdarı gör!

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,
Qazanda qəyqanağə bax, ocaqdakı şərarı gör!

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlutək,*
Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör!

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,
Gərəkli gündə onların qıçındakı fərarı gör!

Amandır, uyma vaizin həlavəti-kəlamına,
Əba-qəbanı qovza bax, içində zəhrmarı gör!

Bu əğniyalərin üzün görüncə ehtiyacdə,
Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!

Bu inteliklərin* sözün gətirmə heç aralığa,
Oları görmək istəsən, şərabı gör, qumarı gör!

Palitqadır hər işləri, alışları, verişləri,
Olarda bir əməl fəqət quru, boş iftixarı gör!

 


*İntelligentlərin (ziyalıların).

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366379