Mən belə əsrarı qana bilmirəm, Qanmaz olub da dolana bilmirəm!.. Axtaxana, dağda dana böyüdü, Mən böyük ollam haçana, bilmirəm!.. Derlər utan, heç kəsə bir söz demə, - Həq sözü derkən utana bilmirəm!.. Neyləməli, göz görür, əqlim kəsir, Mən günəşi göydə dana bilmirəm!.. Şiddəti-seylan ilə baran tökür, Bir koma yox, daldalana bilmirəm!.. Derlər usan, hərzəvü hədyan demə, - Güc gətirir dərd, usana bilmirəm!.. Derlər, otur evdə, nedim, kasibəm, Kəsb eləməzsəm, qazana bilmirəm!.. Derlər, a qanmaz, de yıxıl, öl, qutar! Hə, balam, doğrusu, ay dadaş, mən dəxi Məsləhət ondan o yana bilmirəm!.. |