İki cavalara bir cavab PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Loğalaşıb, a görməmiş, çox da belə fırıldama!
Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!
Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Müntəzəm olmamış əməl, rövnəqi-kar olurmu ya?!
Sübh tülu etməmiş vəqti-nəhar olurmu ya?
Bir gül açılmaq ilə də fəsli-bəhar olurmu, ya?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram?!
Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?
Köhnə qapı bu tezliyə tazələşə inanmıram!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Girəm Ətabək öldü də, topü tüfənginiz hanı?
Bəhri-əmiqi-hərbdə kəştiyi-cənginiz hanı?
Əski hamamdır, əski tas, pəs yeni rənginiz hanı?

Söylə mənə, vəzarəti-milliyəniz düzəldimi?
Ya uzun əl, uzun papaq qıssalaşıb gödəldimi?
Ölkənizə şəməndəfer yol tapa bildi, gəldimi?
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Dari-şəfayi-Tehranın get elə bir səyahətin,
Mirzə Əbülhəsən xanın* gör rəvişi-təbabətin,
Tən yarı böldü zəhr ilə yeksər əcəm cəmaətin!
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Mülki-İraqı adbaad saysam əgər, kəlal olur,
Tul tapar kəlamımız, qareə həm məlal olur,
İşbu səbəblə şerimiz müxtəsər ərzi-hal olur,
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Arxa su dolmayıb nələ!
Köhnə idarəniz durur,
Rəngi də solmayıb hələ!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 61 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367089