Bimərhəmət əyanlarına şükr, xudaya! Bu sahibi-milyanlarına şükr, xudaya! Millət qəminə baxmayan ənzari-kərəmlə - İşani-zəvişanlarına şükr, xudayə! İş bilməyən ancaq yemək-içməkdən əlavə, Bu canlı dəyirmanlarına şükr, xudayə! Bidadi-bəradərlə olan qanına qəltan, Qafqazdakı qurbanlarına şükr, xudaya! Xassə Baku şəhrində, o şöhrətli məkanda Dəryatək axan qanlarına şükr, xudaya! Xunxar olan əfradi-bəni-növünə daim – Bu vəhşiyü ğürranlarına şükr, xudaya! Qurd isə, şəqal isə biyabanda olurdu, Şəhr içrə bu heyvanlarına şükr, xudaya! Gözlənməyən ədnalığın icadına ciddən – Himmət edən insanlarına şükr, xudaya! Həmmamdə övrətlərə quldurluq edən bu* Qeyrətli müsəlmanlarına şükr, xudaya! Sakit outran boylə cinayətlərə qarşı Bu sahibi-vicdanlarına şükr, xudaya! Bilməm nə zəman qəhrin edər aləmi bərbad?! Səbr etdiyin avanlarına şükr, xudaya! Həll olmadı könlümdəki niskilli müəmma, Təcdid edirəm mətləi, mabədi var əmma!.. |