Şirvan PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Şerimi, Molla dayı, zənbilə salsan, mənə nə?!
Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!

Özüm aciz deyiləm, şəhrimizin ətvarın
Çəkərəm nəzmə, əgər olsa da hədyan, mənə nə?!

Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli təmam
Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?!

Məhfilü məclisimiz, mədrəsəvü məscidimiz,
Həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?!

Əvvəzində buların çayçı, çaxırçı dükanı
Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə?!

Füqəranın qanını çox da sorullar lotular,
Şeyxlər xəlqə satır hurnyü qılman, mənə nə?!

Qanmasın sözlərimi jurnala da yazma dəxi,
Məsləhət amma budur, fikr elə, bir qan, mənə nə?!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365936