Eyvanımız ucadır, Nökərlərim xocadır, Niyə məndə durmusan, Mənim haram qocadır?! Qabaq dişim tökülüb, Azılarım sökülüb, Mənə qoca deməzlər, Bir az belim bükülüb! Sözün məni yaralar, Ürəyimi paralar, Saqqalım ağardısa, Həna qoysam qaralar! İsticə lavaşım var, Hər gecəyə aşım var, Demə, dədəm yerdəsən, Ancaq əlli yaşım var! Getmə, getmə, a dilbər! Məni etmə mükəddər, Özümü yüz cavana Eyləmərəm bərabər!.. Getmə, getmə, amandır! Ürəyim dolu qandır, Zahirdə qocaldımsa, Könlüm hələ cəvandır! |