Adəmi adəm eyləyən paradır PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş-ayaq eyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın;
Atəşi-xanəsuzi-millət ikən –
Hər kəsin səcdəgahidir xakın;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş buçuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 22 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366178