Şurə gəlib şad olun, iranlılar! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Şurə gəlib şad olun, iranlılar!
Qüssədən azad olun, iranlılar!

Aləmə təsir elədi ahınız,
Doğdu yenə behcət ilə mahınız,
Yada salır sizləri öz şahınız,
Günbəgün abad olun, iranlılar!
Qüssədən azad olun, iranlılar!

Yar olacaq sayeyi-sultan sizə,
Eyləyəcək lütfi-firavan sizə,
Çün gələcək Məmdəli mehman sizə,
İndidən irşad olun, iranlılar!
Qüssədən azad olun, iranlılar!

Dərdü qəmi, qüssəni bir yan atın,
İstəyəcək məqsədə yeksər çatın,
İndi dəxi həşrə qədər bərk yatın,
Xab görüb şad olun, iranlılar!
Qüssədən azad olun, iranlılar!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 73 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367140