Çox da demə sərbətü samanlıyam, ey filan! Boldu pulum, bir neçə milyanlıyam, - bir utan! Möhtərəməm, mötəbərəm, şanlıyam, - dur utan! Məşhədiyəm, kablayıyam, hacıyam, nacıyam, Dinliyəm, imanlıyam, ərkanlıyam, Həm əli quranlıyam. Səndə deyək din də var, iman da var, - filməsəl, Ev dolusu neməti-əlzan da var, - bibədəl, Xəz-küləcə, sərvətü saman da var, - çox gözəl, Ev-eşik, eyvan, mütəəddid otaq, - təmtəraq, Yağlı plov, dadlı fisincan da var, Şərbəti-reyhan da var. Qonşuda lakin neçə üryan da var, - qış, boran... Giryə də var, naləvü əfğan da var, nimcan... Sən ki, şəriətçisən, ey binəva, qıl həya! Şərdə axır nə, bir ehsan da var, Həqqi-müsəlman da var... İndi get insaf elə, Aç başını, ver yelə, Məzhəbü iman sözün Bird eləmə bir belə!.. |