(Mürtəcelər, sevinin, kişvəri-İranə yenə) PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Mürtəcelər, sevinin, kişvəri-İranə yenə
Tanıyıb bildiyiniz sayeyi-sultan gəlir!

Pişvazə yüyürün, gəlcək öpün əllərini,
Çünki bu zati-mükərrəm sizə mehman gəlir!

Hələlik dinməyəcək, oylə ki, bərkizdi yerin
Verməyə hürrlərin qətlinə fərman, gəlir!

Mülki-Təbrizdə kəsdirdiyi qurbanlardan
İndi Şirazda kəsdirməyə qurban, gəlir!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 53 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367034