“Tərcüməni-həqiqət”* deyir ki: PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Xəstəmiz Əbdülhəmid1 artıq sağaldı, səmridi,
Şimdiki halilə məmnuniyyət izhar eyləyir;
Şey yeyir, çalğı çalır, gahi yazır, gahi oxur,
Vəqtini bəzən də dülgərlikdə imrar eyləyir.

Əbdülhəmid deyir ki:

Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin
Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam;
Lafövəllah, hökmranlıq etdiyim günlərdə də
Kəsmişəm, kəsdirmişəm, sultani-cəbbar olmuşam.

 


*“Tərcümani-həqiqət” – İstambulda nəşr olunan gündəlik türk qəzeti idi.
1Türkiyə sultanı II Əbdülhəmid nəzərdə tutulur.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 21 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299656