Almaniya imperatoru Vilhelm deyir ki: PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Möhtərəm iranlılar, sizdən təmənnamız budur;
Bir də İran hifzini bizdən təmənna etməyin;
Çünki rusun, ingilisin xatiri bizdən sınar,
İncinərlər; siz dəxi artıq təğəlla etməyin.

 

Aləmi-insaniyyət də deyir ki:

Növpərvər, rəhmgüstər, mədələtfər Vilhelm,
Bir də ali namımı dillərdə icra etməyin;
Çünki vicdanın o nazik xatiri sizdən sınar
İncinər; artıq ona minbəd iyza etməyin.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 45 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366997