(Qurulubdur yenə meydani-həyahayi-süxən) PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Qurulubdur yenə meydani-həyahayi-süxən,
Yazılır şer, açılır pərdeyi-mənayi-süxən;

Şair olmaq hünərindən başı bibəhrə ikən
Girişib oğruluğa Mirzəli Ağayi-süxən;

Əşrəfin gündə birər danə rübaisi ilə
Özünü ədd ediyor şairi-danayi-süxən.

Nə gözəl söyləmiş ol Nəfiyi1 – ustadi-kəlam,
O böyük xazini-rövşəndilü kalayi-süxən:

“Sirğəti-şer edənə qəti-zəban lazımdır,
Boylədir şəri-bəlağətdə fötavayi-süxən”.

 


1NəfI (1582 - 1634) – Böyük türk şairi, qəsidə və satiric şer ustasıdır. Öz həcvlərinə görə hökümət tərəfindən edam edilmişdir.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 31 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5368231