|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Taziyanələr.
|
| Elm olduğu yerdə olamaz dinü dəyanət, Din məsələsi cəhl təqazası deyilmi? Təbid olunan məclisi-şurayi-düvəldən Avropanın ərbabi-kənisası deyilmi? Əhməd Midhət1 deyir ki: Dinsizlik ilə kəsb olunan bir mədəniyyət, İnsanlığın olduqca bəlayası deyilmi? Məhdi-mədəniyyət ki, deriz mülki-firəngə, Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?
*Dreper Con Uilyam (1811 - 1882) – Amerika kimyaçısı və fizioloqudur. “Avropanın əqli inkişafının tarixi” (1867 - 1870), “Din və elm arasındakı münaqişənin tarixi” (1874) və bir sıra başqa əsərləri ilə geniş şöhrət qazanmışdır. 1Əhməd Midhət (1845 - 1913) – Məşhur türk yazıçısıdır. Bir sıra tarixi və məişət romanlarının, hekayə və oçerklərin müəllifidir. Avropa ədəbiyyatından çoxlu tərcümələr etmişdir. “Xaceyi-əvvəl” (Birinci müəllim) ləqəbi ilə məşhurdur. |
|