| Zaqafqaziya müftisi Hüseyn əfəndi cənabları deyir ki: Kəşfi-vəch etmək deyil övrətlərə şərən həram, - İştə Quran, iştə asar, iştə məfhumi-kəlam! “İşıq”1 qəzetəsi müdirəsi Xədicə xanım cənabları deyir ki: Müslimə övrətləri məsturə olmaq istəriz, - İştə söz, iştə əməl, iştə müvafiq bir məram! Şamaxı camei müdərrisi Əbdülxalıq əfəndi cənabları deyir ki: Müslimə övrət fəqət əl, üz açar indəssəlat, - İştə ayat, iştə əxbar, iştə əshabi-kiram! “Molla Nəsrəddin” də deyir ki: Müfti oylə, Əbd... boylə, həm Xədicə şoylə der*, - İştə oylə, iştə boylə, iştə şoylə, vəssəlam!.. 1”İşıq” – 1911 -1912-ci illərdə Bakıda çıxan “tərbiyeyi-ətfala, ədəbiyyata, təbabət və evdarlığa dair” həftəlik qadın jurnalı idi. Redaktoru Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov idi. *Deyir. |