(Molla Ərəszadənin... vay, yenə mabədi var!) PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Molla Ərəszadənin...1 vay, yenə mabədi var!
Yazdığının yox sonu, “ənənə” mabədi var;
Gündə çıxan qəztənin bircəsi boş keçməyir,
Bir gecəlik mətləbin bir sənə mabədi var!..

 


1Molla Məhəmmədtağı Ərəszadə - Zaqafqaziya ruhani idarəsinin üzvü idi. O zamankı mətbuatda dini moizələrdən ibarət uzun-uzadı məqalələr çap etdirər, axırın da isə həmişə “mabədi var” sözlərini yazardı.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 32 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366375