Camuşçu və sel PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.

 Bir kişi saxlayırdı bir camuş,
Su qatırdı südə, edirdi füruş.

Yağdı şiddətlə bir yağış nagah,
Kişinin vəzi-hali oldu təbah.

Tutdu dünyanı sellərin cuşi,
Dər-zəman aldı, getdi camuşi.

Kişi ağlar göz ilə qıldı fəğan;
Söylədi oğlu: “Ağlama, baba can!

Çünki su südlərə tüfeyl oldu,
Qatdığın su yığıldı seyl oldu.

İndi camuşunu apardı isə,
Başına məhşəri qopardı isə.

Söyləmə kim, fələk qəzasıdır ol,
Tutduğun işlərin cəzasıdır ol”.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 32 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365717