Bir nəfər tacir öz dükanında Oğlunu saxlayırdı yanında. Eləyirdi qəribə dadü stad: Satdığında – gəm, aldığında – ziyad. Məkrü təzvir idi onun hər işi, Düz deyildi bütün alış-verişi. Atanın şüğlünə olub adi, Gördüyün öyrənirdi övladi. Bir gün öz dərdinin ilacı üçün, Getdi tacir bir ehtiyacı üçün. Oğlu gördü ki, vəqti-fürsətdir: “Dəxli soysam, - dedi, - qənimətdir”. Əli dəxl içrə, gözləri nigəran, Atası bir tərəfdən oldu əyan. Daralıb büsbütün cəhan gözünə, Vurdu bir silli oğlunun üzünə. Gördü bir pir, xeyli təcrübəkar, Dedi: “Etmə əbəs buna azar. Əkdiyin danənin budur səməri, Səndə əxz eyləyib həmin hünəri. Lövhi-safında tifli-məsumun, Münəksdirsə batini-şumun; Çəkdiyin nəqşdir bu nəqşi-xəta, Vermə isnadın oğluna əbəda. Tərbiyət müstəhəqqdir, övlad Pədərindən nə görsə, eylər yad. Xah əmri-qəbih, xah cəmil, - Edər övlad cümləsin təhsil. Saleh ol, saleh olsun övladın! Taleh ol, taleh olsun övladın!” |