|
Şeirlər -
Abbas Səhhət. Şeirlər.
|
A quşcuğazlar, nə yaraşıqlısız, Can kimi bəslənməyə layiqlisiz. Nədir o istəkli, o heyran baxış, Nə dadlı cik-cik, nə gözəl çırpınış! Birdən ucaldı niyə cik-cikləriz, Pəh-pəh, açılmış sarı dimdikləriz. A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə, dincəldimi? Görcək onu səslənməyə başladız, Civiltilərlə əcəb alqışladız. Yem gətirib yoxsa sizə verməyə, Ya ki gəlib bir quru dindirməyə? 1907 |
|