Bənövşə PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Bənövşəyəm, bənövşə
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.
Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.

1928

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 43 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5252214