|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Bir quş səhər ertə bağca-bağda, Çör-çöp daşıyıb yuva tikirdi. Gah şad oxuyurdu bir budaqda, Gah da uçub ot, saman çəkirdi. İstər quşum olsun aşiyanı, Çör-çöp daşıyır havada hər dəm. İşdən yorulub duran zamanı “Cik-cik” oxuyurdu şad, xürrəm. 1906 |
|