Bülbül PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Oxu, bülbülüm, oxu,
Yazdır, səhər çağıdır;
Oxu, sənin xoş səsin
Şənliklər qaynağıdır.
Oxu, oxu, xoş nəğmən
Nəşə versin ellərə.
Şən səsin, xoş nəfəsin
Yayılsın bu çöllərə.

Oxu çöldə, çəməndə,
El əkəndə, biçəndə;
Başla yeni bir dastan
Biz bənövşə dərəndə.

Bülbülüm, tik yuvanı,
Bəslə, böyüt balanı.
Qoy nəsliniz çoxalsın,
Biz böyüyən zamanı.

1928

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 44 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5252218