Bir obada körpə quzu, Mələr-mələr, qaçar düzü, Anasın axtarar gözü. Dedim: - Qaçma, gözəl quzum, Səni mən bəslərəm özüm. Gün əyildi, çökdü duman, Sürü qayıtdı otlaqdan; Səs-küy ilə doldu hər yan Dedim: - Qaçma, gözəl quzum. Səni mən bəslərəm özüm. Qoyunları çoban yığar, Fatı xala gəlib sağar; Quzum mələr, durub baxar. Dedim: - Qaçma, gözəl quzum, Səni mən bəslərəm özüm. Anasını quzum görər, Ayaqların yerə dirər, Məməsini tapıb əmər. Dedim: - Qaçma, gözəl quzum, Sənim mən bəslərəm özüm. Quzum çıxdı göy otlağa, Yanaşdı bir boz oğlağa, Çıxdı onunla oynağa, Dedim: - Qaçma, gözəl quzum, Səni mən bəslərəm özüm. 1906 |