May nəğməsi Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Bu gün rəsmi-keçid var,
Tez toplanın, uşaqlar!
Səslənir şeypur səsi:
Hanı uşaq dəstəsi?
Bu işçi bayramını,
Kolxozçu bayramını
Qarşılayaq sevinclə,
Hamı verib əl-ələ,
Nümayişə gedək biz,
Eli təbrik edək biz.

1928